sonnoqte.az
Xəbər başlıqları
  • 13:52 – Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi 
  • 12:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 11:40 – Daşaltı kəndinin fonunda - Fotolar 
  • 11:34 – Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar 

Messi Bakıya gələcək

16-10-2024, 10:20 132 dəfə baxılıb

Messi Bakıya gələcək


Mesut Özilin ardınca dünya ulduzu Lionel Messi də Bakıya gələ bilər. 

Bu barədə News24.az-a ABŞ-da yaşayan azərbaycanlı Yura Davidov bildirib. 

Onun sözlərinə görə, hazırda dünyaca məşhur şirkətlərdən biri möhtəşəm reklam çarxı çəkmək istəyir. Bu işə tanınmış futbolçu və müğənnilərin cəlb edilməsi gözlənilir:

“Hazırda reklam hazırlıqlarına başlanması üçün fikir mübadiləsi aparılır. 

Reklamda əsasən ABŞ-da çıxış etmiş futbolçulardan bir neçəsinin çəkilməsi ehtimal olunur. Onlar Lionel Messi, Zlatan İbrahimoviç, Stiven Cerrard, Bastian Şvaynştayger kimi dünya ulduzlarıdır. Çox güman ki, bu futbolçuların arasından seçim ediləcək. Reklam çarxının özəl tərəfi isə qədim şəhərlərdə çəkilməsi olacaq.

Eyni zamanda şəhərlər arasında da seçim ediləcək. Siyahıda bu ölkələrin şəhərləri var ki, qədim İordaniya, Mərakeş, Yunanıstan, Misir, Türkiyə şəhərləridir. Hətta aralarında Azərbaycanın paytaxtı Bakının da adı keçib.

Reklam çarxına start verilsə, seçimlər arasında Bakı şəhəri olarsa gələn ilin ikinci yarısında Bakıda Lionel Messini görə bilərik”,- deyə o qeyd edib.

Qeyd edək ki, sifarişçi məşhur avtomobil şirkətlərindən biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO