sonnoqte.az
Xəbər başlıqları
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 
  • 12:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Moskvadan Paşinyana sərt reaksiya

30-07-2021, 09:48 231 dəfə baxılıb

Moskvadan Paşinyana sərt reaksiya


Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın KTMT-nin monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlı  təklifi siyasi xarakter daşıyır.

Bunu Rusiya Dövlət Dumasının MDB ilə işlər üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.

“Belə xarakterli təhlükəsizlik məsələləri daha çox sakitcə həll olunur. Mətbuatın da iştirak etdiyi açıq tədbrilərdəki  açıqlamalar daha çox hökumət səviyyəsində, parlamentdə və ya başqa yerlərdə özünü təsdiq edib,  iyasi xal qazanmaq lazım olduqda edilir”, - Kalaşnikov “interfax”a açıqlamasında deyib.

Kalaşnikov onu da bildirib ki, məsələ çox çətin və ciddidir: “Bu məsələ ilk  növbədə üç lider arasında;- Putin, Əliyev və Paşinyan arasında həll edilməlidir. Əgər belə açıqlamalar ilk növbədə ictimaiyyət qarşısında həyata keçirilsə, demək buradan daha çox siyasət qoxusu gəlməyə başlayır”.

Kalaşnikov daha sonra deyib: “Allaha şükür ki, Ermənistanla Azərbaycan sərhədində atəşkəs rejimin pozulma faktı azdır və bunlar kiminsə oraya hücum etməsi nəticəsində deyil, ifaçının təsirindən baş verir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO