sonnoqte.az
Xəbər başlıqları
  • 13:19 – Prezidentə təbriklər gəlir - Yenilənir 
  • 09:11 – Laçın görüşü kimləri qorxuya saldı? - Elan edildi, yola çıxılır 
  • 19:09 – Laçında bayram ab-havası... - Video + Fotolar 
  • 13:58 – Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - Yenilənib 

Çində vurulan COVID vaksinlərinin sayı 1,3 milyard dozaya çatıb

5-07-2021, 08:59 275 dəfə baxılıb

Çində vurulan COVID vaksinlərinin sayı 1,3 milyard dozaya çatıb


Çində vurulan COVID vaksinlərinin ümumi sayı həftə ərzində təxminən 9,2 faiz artaraq 1,3 milyard dozaya çatıb.
Bu rəqəmləri Çinin Gigiyena və səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlayıb.

Komitənin məlumatına görə, ölkədə indiyədək 1 milyard 296 milyondan çox peyvəndləmə aparılıb. Ötən sutka 12,8 milyon nəfər vaksinasiya edilib. Beləliklə, son 24 saatda koronavirus əleyhinə vurulan vaksin dozalarının miqdarı 1 faiz artıb. Ölkənin aparıcı mütəxəssislərinin fikrincə, ilin sonunadək Çində vaksinasiya səviyyəsi 80 faizə yüksələ və sakinlərdə kollektiv immunitet formalaşa bilər.

Əhalinin bu il aparılan son siyahıyaalınmasına əsasən, Çin sakinlərinin (Tayvan, Honkonq və Makao xüsusi inzibati rayonları daxil olmaqla) sayı 1,44 milyard nəfərdir.

Vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytının iyulun 3-nə olan məlumatına görə, dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının miqdarı 3 milyard 160 milyonu ötüb. Ümumilikdə 13 ölkədə əhalinin sayından çox vaksin dozası vurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO