sonnoqte.az
Xəbər başlıqları
  • 15:43 – Prezidentdən Sahil Babayevin yerinə TƏYİNAT 
  • 14:54 – İlham Əliyev “Vətən” İdman Liseyində - FOTO 
  • 13:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 21:59 – Prezident İlham Əliyev Sərəncam imzalayıb 

Pandemiya nə vaxt bitəcək? - Bill Qeyts AÇIQLADI

26-04-2021, 13:34 286 dəfə baxılıb

Pandemiya nə vaxt bitəcək? - Bill Qeyts AÇIQLADI


“Koronavirus pandemiyası 2022-ci ilin sonunda bitəcək”.
Bu sözləri “Microsoft” şirkətinin yaradıcısı, milyarder-filantrofist Bill Qeyts “Sky News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin dövrə qədər dünyada COVID-19 peyvəndinin kifayət qədər dozası istehsal ediləcək.

Maqnat ABŞ və İngiltərə də daxil olmaqla zəngin ölkələrdə vaksinasiyanın yüksək yayılmasına diqqət çəkib.

“Bu bir müddət sonra yoxsul ölkələrin peyvəndlə təmin olunmasına imkan verəcək” – deyə o, bildirib.

Milyarder həmçinin koronavirusun tamamilə yox olacağına inanmadığını, ancaq 2022-ci ilin sonunadək gündəlik yoluxma halların çox aşağı rəqəmlərə enəcəyini də vurğulayıb.

Mənbə: oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO