sonnoqte.az
Xəbər başlıqları
  • 12:41 – Prezident fərman imzaladı 
  • 11:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

“İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”

16-06-2026, 09:52 9 dəfə baxılıb

“İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”


ABŞ İrana 300 milyard dollar ödəməyi planlaşdırmır.

“Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımında bildirib.

“İran nüvə silahına sahib olmamağa razılaşdı! Bundan əlavə, ABŞ-nin İrana 300 milyard dollar ödəməsi haqqında xəbər demokratlar tərəfindən yayılan feykdir!”, - paylaşımda deyilir.

Ehtimal olunur ki, bununla Tramp İranın Anlaşma Memorandumu çərçivəsində bərpa üçün 300 milyard dollara çıxış əldə edə biləcəyi barədə mətbuatda yayılmış xəbərləri nəzərdə tutur.

Belə ki, daha əvvəl “Financial Times” nəşri Tramp administrasiyasının İrana investisiya yatırmaq istəyən özəl şirkətlərə 300 milyard dollar həcmində İran fondunu maliyyələşdirməyi təklif etdiyi barədə xəbər paylaşıb. Məlumata görə, İranın sözügedən fondun maliyyə vəsaitlərinə çıxışı yeni sazişə riayət etməsindən asılı olacaq. Artıq bir çox ölkələrin, o cümlədən ABŞ-nin biznes dairələrinin bu fonda maraq göstərdiyi iddia olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO