sonnoqte.az
Xəbər başlıqları
  • 12:50 – Prezident: Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir 
  • 11:06 – Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib 
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 
  • 22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident 

Türkiyə “Nüvə Klubu”na QOŞULACAQ? – Mühüm gəlişmə

Bu gün, 12:54 1 dəfə baxılıb



“Bölgədə kimsə nüvə silahı əldə edərsə, Türkiyə nüvə silahı yarışına qoşulmaq məcburiyyətində qalacaq”.

Bunu qardaş dövlətin xarici işlər naziri Hakan Fidan deyib.

XİN rəhbəri bu barədə İranın nüvə silahı əldə etmə ehtimalı ilə bağlı müzakirə kontekstində danışarkən söyləyib.

“Bu məsələ ümumi strateji vəziyyət kontekstində nəzərdən keçirilməlidir. Açığı, biz regionda mövcud güc balansını poza biləcək dramatik dəyişikliklər görmək istəmirik. İranla problemləri olan ölkələr nüvə silahı əldə etməyə çalışa bilər. Və biz də çox güman ki, özümüz bilmədən bu yarışa qoşulmağa məcbur olacağıq. Ona görə də bunun region üçün çox faydalı olacağını düşünmürəm”, - Türkiyə baş diplomatı CNN Türk-də qeyd edib.

Türkiyənin nüvə dövləti olub-olmayacağı haqda birbaşa soruşulduqda nazir sükut və təbəssümlə cavab verib.

Bəs qardaş ölkənin qardaş Pakistan kimi yaxın perspektivdə nüvə dövlətinə çevrilməsi mümkünmü? Buna hansı əngəllər ola bilər?

Xatırladaq ki, “Nüvə klubu”na üzv dövlətlərin sayı hazırda 7-dir. Bunlar – ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail (qeyri-rəsmi) və Şimali Koreya (qeyri-rəsmi).

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak etmişəm”  

Deputat Azər Badamov Musavat.com-a bildirdi ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın “kimsə nüvə silahı əldə edərsə, Türkiyə nüvə silahı yarışına qoşulmaq məcburiyyətində qalacaq” açıqlaması bölgədə baş verən proseslərlə bağlı səsləndirdiyi siyasi mesajdır:

“Təbii ki, qonşu İran nüvə silahına malik olarsa, Türkiyə də regionda güc balansını qorumaq üçün nüvə silahını əldə etməyə məcbur olacaq. Bunun üçün Türkiyənin nüvə silahlarına qoşulmamaq sazişindən (NPT) çıxılması lazım gələcək.

Sazişin 10-cu maddəsinə əsasən dövlət özünün ali milli maraqlarının təhlükə altında olduğunu əsas gətirərək 3 ay əvvəl rəsmi bildiriş verməklə müqavilədən çıxa bilər. Dünyada belə bir təcrübə mövcuddur. Məsələn, Şimali Koreya 2003-cü ildə bu prosedurla NPT-dən çıxıb. Amma bu gün Türkiyəyə nüvə silahına sahib olmağa ehtiyac yoxdur. Çünki NATO-nun üzvü olduğundan bu hərbi blokun çətiri altındadır. Üç NATO ölkəsi nüvə silahına malikdir. NATO parçalanarsa və ya da müdafiə etməkdən çəkinərsə, təbii ki, regionda risklər yaranarsa, Türkiyə də nüvə silahı proqramına qoşulmağa məcbur olacaq.

Burda Pakistan təcrübəsi də var. Yəni, nüvə ölkəsi olmaq üçün Pakistan Türkiyəyə lazımı dəstəyi göstərə bilər. Türkiyə mülki nüvə proqramını icra edir. Belə ki, Rusiya ilə birgə Akkuyu Atom Elektrik Stransiyasını tikir. Akkuyu AES -nin tikintisini 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub. Burda hərbi məqsəd yoxdur. Amma nəzərə almalıyıq ki, Türkiyənin raket sənayesi yaxşı inkişaf edib. Bu da nüvə başlığının daşıyıcılarına sahib olması deməkdir. Nüvə başlığının istehsalına qoşulması isə regionda baş verən proseslərdən və NATO-nun Türkiyəyə verdiyi zəmanətlərə nə qədər əməl etməsindən asılı olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO