sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Təyyarə biletləri yenidən bahalaşır - Bu səbəbə görə

10-06-2026, 08:22 14 dəfə baxılıb

Təyyarə biletləri yenidən bahalaşır - Bu səbəbə görə


Qlobal aviasiya sektoru İran müharibəsi və Hörmüz probleminə görə, çöküş ərəfəsindədir.

"Bu barədə The Guardian nəşri məlumat yayıb.

Məlumata görə, əlavə xərclər nəticəsində dünya üzrə aviasiya sənayesinin mənfəəti iki dəfə azalaraq 23 milyard dollara düşə bilər. Bununla yanaşı, sektorun ümumi gəlirlərinin 9,4 faiz artaraq 1,17 trilyon dollara çatacağı gözlənilsə də, yanacaq qiymətlərindəki artım bu göstəricini kompensasiya etməyəcək. Hesablamalara görə, aviaşirkətlər ümumilikdə 100 milyard dollar ziyana düşəcək.

Analitiklər bildirirlər ki, yaranmış vəziyyət bazarın bütün iştirakçılarına mənfi təsir göstərir. Lakin Yaxın Şərq ölkələrinin aviaşirkətləri və kiçik daşıyıcılar daha ciddi zərbə ilə üzləşirlər.

Məlumata görə, neftin bahalaşması aviabiletlərin qiymətlərinin artmasına səbəb olacaq. Xərclərin əsas hissəsinin uzaqməsafəli və biznes reyslərinin sərnişinlərinin üzərinə düşəcəyi gözlənilir. Qısa məsafəli turizm marşrutlarında fəaliyyət göstərən aviaşirkətlərin isə tarifləri daha gec artıracağı bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO