sonnoqte.az
Xəbər başlıqları
  • 11:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 09:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 08:28 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 19:21 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Paşinyandan Bakı və Ankaraya təşəkkür

Bu gün, 10:53 2 dəfə baxılıb

Paşinyandan Bakı və Ankaraya təşəkkür


Ermənistan baş naziri Nikol Paşinyan Axalkalaki-Qars dəmir yolu marşrutunun Ermənistan yükləri üçün açılması qərarına görə Bakı və Ankaraya minnətdarlığını bildirib.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan regionda nəqliyyat sektorundakı son prosesləri, Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən istifadəyə verilməsi və Ermənistanın da bu yoldan faydalanmasını şərh edərkən deyib.

“Axalkalaki-Qars dəmir yolu marşrutunun həm ixrac, həm də idxal üçün Ermənistan malları üçün açılması qərarına görə minnətdarıq”, - deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, hazırda Ermənistan və Türkiyə arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur, lakin mənalı nəticələr əldə etmək üçün əlavə səylər göstərilməlidir.
"Türkiyə ilə münasibətlərimizdə çox yaxşı impuls var və hazırda bundan məmnunuq. Lakin son irəliləyiş əldə etmək üçün bu impuls qorunub saxlanılmalıdır. Mən diplomatik münasibətlərin qurulmasını və əlbəttə ki, sərhədlərin tam açılmasını nəzərdə tuturam", - baş nazir bildirib.

Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəliblər və indi onu imzalamağa keçməlidirlər.

"Azərbaycana gəldikdə isə, bilirsiniz ki, bizim ilkin sülh müqaviləmiz var. Biz onu imzalamalıyıq", - Paşinyan deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO