sonnoqte.az
Xəbər başlıqları
  • 10:44 – Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar 
  • 10:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 

Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR

2-06-2026, 16:00 33 dəfə baxılıb

Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR


ABŞ hakimiyyəti Amerika nüvə silahlarını NATO-nun daha bir neçə Avropa ölkəsində yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Bu barədə "Financial Times" (FT) qəzeti üç mənbəyə istinadən məlumat yayıb.

FT-nin qeyd etdiyinə görə, hazırda nüvə silahı daşımaq qabiliyyətinə malik təyyarələr Avropanın 6 ölkəsində (Belçika, Almaniya, İtaliya, Niderland, Türkiyə və Böyük Britaniya) yerləşdirilib, lakin Vaşinqton bu siyahının genişləndirilməsinə hazırdır. Ağ Ev bu addımla müttəfiqlərini sakitləşdirmək və onlara sübut etmək istəyir ki, adi qoşunlarla dəstəyin azaldılması təhlükəsizlik təminatlarını zəiflətməyəcək.

Nüvə aviasiyasını qəbul etmək istəyən dövlətlər isə əraziləri Rusiyaya ən yaxın rəqib olan NATO-nun şərq cinahı ölkələridir. Söhbət Polşa və Baltikyanı ölkələrdən gedir.

Avropada əlavə nüvə silahlarının yerləşdirilməsi ilə bağlı danışıqlar artıq alyansın daxili kanalları vasitəsilə aparılır.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, ABŞ yeni ölkələrə Amerikanın ikili təyinatlı təyyarələrini göndərmək niyyətindədir. Bu qırıcılar həm adi, həm də nüvə zərbələri endirmək imkanına malikdir. Bununla belə, Vaşinqton nüvə bombalarından istifadə ilə bağlı müstəsna hüququnu özündə saxlayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO