sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

YouTube-dan yenilik: maraqsız hissələr avtomatik sürətləndiriləcək

2-06-2026, 08:24 25 dəfə baxılıb

YouTube-dan yenilik: maraqsız hissələr avtomatik sürətləndiriləcək


YouTube videoplatforması Premium abunəçilər üçün yeni Auto Speed funksiyasını təqdim edib.

Yeni funksiya videonun və ya podkastın məzmunundan asılı olaraq oynatma sürətini avtomatik dəyişəcək.

Gözlənilir ki, texnologiya nitqin daha yavaş olduğu hissələrdə videonu sürətləndirəcək, məlumatın daha sıx olduğu bölümlərdə isə sürəti uyğunlaşdıracaq. Bu, istifadəçilərə məzmunu daha sürətli izləməyə və eyni zamanda məlumatı itirmədən qavramağa imkan verəcək.

Bununla yanaşı, YouTube Premium istifadəçiləri üçün On-the-go Mode rejimini də təqdim edib. Yeni rejim fon rejimində səsləndirməyə daha sadə nəzarət imkanı yaradır.

İstifadəçilər geri və irəli sarma düymələrinə, eləcə də digər idarəetmə elementlərinə daha sürətli çıxış əldə edəcəklər.

Funksiya artıq Android cihazlarında istifadəyə verilib. Onun yaxın aylarda iOS platformasında da istifadəyə açılması planlaşdırılır.(musavat)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO