ABŞ Prezidenti Donald Tramp Amerika qoşunlarının İrana yerləşdirilməsi ehtimalını istisna etməyib.
Tramp bunu "The Hill"ə müsahibəsində deyib.
Nəşrin məlumatına görə, Amerika liderinin İrana quru qoşunları yerləşdirmə ehtimalını istisna edib-etmədiyi soruşulduqda, o, mənfi cavab verib. Tramp İranla razılığa gəlmək ehtimalını müzakirə edərkən deyib: "Ağıllı insanlar razılığa gələrlər".
ABŞ prezidenti bildirib ki, əgər razılaşma əldə olunmazsa, ABŞ İran ərazisindəki istənilən infrastruktur obyektinə zərbə endirmək ehtimalını nəzərdən keçirməyə hazır olacaq.
Amerika lideri "Axios"a verdiyi müsahibədə bildirib ki, 7 aprelə qədər İranla razılığa gəlmək şansı yüksəkdir. Daha əvvəl "Truth Social"da o, İranın 6 aprelə qədər Hörmüz boğazını açmaması halında enerji və mülki infrastruktur sahələrinə zərbə endirəcəyi ilə hədələyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.