sonnoqte.az
Xəbər başlıqları
  • 09:46 – İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir 
  • 21:22 – Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam 
  • 20:59 – Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar 
  • 17:06 – “Bu, ədalətimizin son nöqtəsi idi” 

Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"

Bu gün, 10:30 1 dəfə baxılıb

Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"


İran-ABŞ-İsrail müharibəsi nəticəsində  Hörmüz boğazının bağlanması Avropa iqtisadiyyatı üçün fəlakətə səbəb olacaq.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç İranın Hörmüz boğazını bağlaya biləcəyi ilə bağlı mövqeyini şərh edərkən deyib. 

O dünyanın neft daşınması üçün ən vacib tranzit nöqtəsi olan boğazda tıxanmanın təkcə enerji böhranına səbəb olmayacaq, həm də qlobal inflyasiyanı nəzarətsiz vəziyyətə salacağını qeyd edib. "Neft qiymətləri hamımızı öldürəcək. Hörmüz boğazının bağlanması səbəbindən Avropa cəhənnəmə dönəcək", - Vuçiç deyib.

Xatırlkadaq ki, SEPAH komandanının müşaviri, briqada generalı İbrahim Cabbari Hörmüz boğazını nəqliyyatın hərəkəti üçün bağladıqlarını və oradan keçməyə çalışan bütün gəmilərə hücum edəcəklərini bildirib.

İran dövlət televiziyasında çıxış edən Cabbari ABŞ-İsrail hücumlarına cavab olaraq Hörmüz boğazından keçməyə icazə verməyəcəklərini bildirib.

“Hörmüz boğazı bağlıdır. Keçməyə çalışan hər hansı bir gəmiyə hücum edib onu yandıracağıq. Keçməyə çalışan gəmilər SEPAH Dəniz Qüvvələri tərəfindən yandırılacaq”, - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO