sonnoqte.az
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 10:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 09:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 09:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

İranın “Mozaika” planı – Süleymaninin Xameneiyə təqdim etdiyi gizli strategiya üzə çıxdı

13-03-2026, 09:00 4 dəfə baxılıb



İranın hazırda tətbiq etdiyi hərbi strategiyanın əsasının illər əvvəl hazırlandığı iddia olunur.

The New York Times nəşrinin məlumatına görə, bu plan 2017-ci ildə İranın nüfuzlu hərbi lideri Qasım Süleymani tərəfindən İranın ali dini rəhbəri Əli Xamenei üçün hazırlanıb.

Məlumata görə, “mozaika hərbi taktikası” adlanan model klassik mərkəzləşdirilmiş ordu modelindən fərqli olaraq, mərkəzləşdirilməmiş mübarizə strategiyasına əsaslanır. Bu taktika müxtəlif bölgələrdə fəaliyyət göstərən kiçik, müstəqil hərbi qrupların paralel şəkildə əməliyyat aparmasını nəzərdə tutur.

Bildirilir ki, plan ilkin olaraq “B planı” kimi hazırlanmışdı. Yəni İranın əsas hərbi strukturları zərbə alacağı təqdirdə ölkənin müdafiəsini təmin etmək üçün alternativ strategiya kimi nəzərdə tutulurdu.

Nəşrin yazdığına görə, Qasım Süleymani ölümündən əvvəl bu strategiyanı İranın elit hərbi qurumu olan SEPAH-a ötürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO