sonnoqte.az
Xəbər başlıqları
  • 09:46 – İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir 
  • 21:22 – Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam 
  • 20:59 – Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar 
  • 17:06 – “Bu, ədalətimizin son nöqtəsi idi” 

Peyk görüntüləri: Dubay səmasında qara tüstü

Bu gün, 08:27 1 dəfə baxılıb

Peyk görüntüləri: Dubay səmasında qara tüstü


İranın hücumları nəticəsində Dubayın əsas logistika mərkəzləri, o cümlədən Cəbəl Əli Limanı hədəf alınıb. Peyk görüntüləri şəhərin "təhlükəsiz liman" imicinin ciddi sarsıldığını göstərir.

24 fevralda çəkilən peyk fotolarında Cəbəl Əli Limanı və sənaye zonalarında hər şeyin normal qaydada olduğu, göy üzünün təmiz, magistral yolların isə işlək olduğu görünür.

1 martda yayımlanan yeni görüntülərdə Dubay səmasını qara tüstünün bürüdüyü aydın seçilir. Xüsusilə Cəbəl Əli Limanındakı bir körpünün vurulan raketin qalıqlarının düşməsi nəticəsində yandığı təsdiqlənib.

Məlumata görə, BƏƏ hava hücumundan müdafiə sistemləri yüzlərlə hədəfi zərərsizləşdirsə də, yerə düşən qalıqlar strateji obyektlərdə yanğınlara səbəb olub.

Dünyanın ən böyük limanlarından biri olan bu mərkəzdə əməliyyatlar müvəqqəti dayandırılıb.

Dubay Beynəlxalq Hava Limanı (DXB) terminal 3 yaxınlığına düşən qalıqlar nəticəsində 4 əməkdaş yaralanıb, uçuşlarda kütləvi gecikmələr yaranıb.

Burj Al Arab otelinin fasadında və Palm Jumeirah (Fairmont Hotel) yaxınlığında qalıqların düşməsi nəticəsində yanğınlar qeydə alınıb.

ƏƏ Səhiyyə və Müdafiə nazirlikləri əhaliyə köhnə yanğın videolarını paylaşmamaqla bağlı xəbərdarlıq edib və uzaqdan iş rejiminə (remote work) keçid tövsiyə olunub.

Hücumlar nəticəsində BƏƏ-də indiyədək 3 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.

BƏƏ bu hücumları "suverenliyin kobud şəkildə pozulması" adlandıraraq Tehrandakı səfirliyini bağlayıb və diplomatlarını geri çağırıb.(milli.az)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO