sonnoqte.az
Xəbər başlıqları
  • 10:16 – İlham Əliyev Litva Prezidentini təbrik edib 
  • 08:16 – İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir 
  • 08:12 – Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir 
  • 08:08 – İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq 

Laricani: İsrailə qarşı Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazırıq

Dünən, 08:34 2 dəfə baxılıb

Laricani: İsrailə qarşı Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazırıq


ABŞ-ın keçmiş təcrübələrini nəzərə alsaq, o zaman deyə bilərik ki,  onlar yeni müharibə axtarır, amma bizə qarşı güc tətbiq etsələr, cavab alacaqlar. 

Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "Əl-Cəzirə"yə müsahibəsində deyib.

 "Düşünmürəm ki, qarşı tərəf (ABŞ) keçmiş təcrübələrini nəzərə alsaq, yeni müharibə axtarır, amma bizə qarşı güc tətbiq etsələr, cavab alacaqlar. Biz müharibə axtarmırıq, amma hazırıq. Biz ABŞ ilə danışıqlar aparırıq. İsrail müdaxilə edir və danışıqları sabotaj etməyə çalışır. Bu gün ən böyük düşmənimiz İsraildir", - Laricani vurğulayıb.

Zənginləşdirilmiş uranla bağlı məsləyə gəldikdə Laricani deyib ki, texnoloji cəhətdən inkişaf etmiş bir ölkəyə uranaın zənginləşdiirlməsinin sıfıra endirilməsini demək olmaz.  
İsrailin regionda macəraçı rol oynadığını və müharibə üçün bəhanə yaratmağa çalışdığını qeyd edən Laricanı deyib ki, region ölkələrinin rəsmiləri İsrailin bölgədə  gərginlik yaratmağı planlaşdırdığını bilirlər: “İran İsrailə qarşı regional sabitliyi təmin etmək üçün Səudiyyə Ərəbistanı, Misir və Türkiyə ilə əməkdaşlıq etməyə hazırdır".

Laricani onu da deyib ki, İsrailin hücumu ölkədə böyük bir birliyə səbəb olub və bu da  ciddi nailiyyətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO