sonnoqte.az
Xəbər başlıqları
  • 13:59 – Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi 
  • 11:33 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:27 – Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - Fotolar 
  • 08:58 – İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək 

Hər evdə var: İşıq pulunu çox yazan cihaz

Bu gün, 15:30 3 dəfə baxılıb



Hər ay gələn işıq puluna baxıb "axı biz bu qədər nə işlətmişik?" deyirsinizsə, tək deyilsiniz. Əslində çoxumuz cihazları söndürdüyümüzü düşünəndə onlar hələ də gizli şəkildə enerji "yeməyə" davam edir.

Evdəki bu görünməz xərcləri yaradan əşyalara "vampir cihazlar" deyirlər.

Məsələn, oyun konsolları, noutbuklar və böyük ekranlı televizorlar bu siyahının başındadır. Biz televizoru pultla söndürəndə o, tam qapanmır, sadəcə "gözləmə" rejiminə keçir ki, növbəti dəfə düyməyə basanda dərhal açılsın. Bax həmin o gözləmə müddətində sayğac dayanmadan fırlanır. Hətta mətbəxdəki mikrodalğalı sobanın ekranındakı saat belə, kiçik görünsə də, günün 24 saatı enerji istehlak edir.

Daha bir maraqlı məqam isə telefon adapterləridir. Çoxumuz telefonu şarjdan çıxarırıq, amma adapter prizdə qalır. O balaca cihaz orada qaldığı müddətdə az da olsa elektrik çəkir. İnternet modemləri, səs sistemləri və printerlər də eyni şəkildə faturanı şişirdən gizli qəhrəmanlardandır.

Bəs nə etməli? Əslində çarəsi çox sadədir. Cihazları sadəcə pultla deyil, tamamilə şəbəkədən ayırmaq lazımdır. Bunun üçün düyməli uzadıcı istifadə etmək ən rahat yoldur. Yatanda və ya evdən çıxanda bircə düyməni basmaqla bütün cihazların enerjisini tam kəsə bilərsiniz.

Bu kimi kiçik vərdişlər ilin sonunda cibinizdə xeyli məbləğin qalması deməkdir./demokrat.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO