sonnoqte.az
Xəbər başlıqları
  • 11:55 – Prezident yeni səfiri qəbul etdi - FOTOLAR 
  • 14:34 – Prezident onları "Tərəqqi" medalı ilə təltif edib 
  • 11:33 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:27 – Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - Fotolar 

Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı

Bu gün, 08:39 4 dəfə baxılıb



Ağcabədidə xalauşaqları evlənib.

Avşar kəndində xalaoğlu ilə xalaqızının ailə qurması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.

Qurumdan bildirilib ki, qanunvericiliyə əsasən, yaxın qohumlar arasında nikahın qeydiyyatı aparılmır və belə şəxslər rəsmi ər-arvad statusu daşımırlar. Üstəlik, bu cür münasibətlər tərəfləri bir sıra hüquqlardan da məhrum edir.

Hüquqşünasların sözlərinə görə, bu adətən mirasla bağlı məsələlərdə özünü göstərir:

“Vərəsəlik, sosial təminat, o cümlədən tərəflər arasında münaqişələr yarandığı təqdirdə aliment öhdəlikləri ilə bağlı və s. məsələlərdə bir tərəfin digər tərəfə qarşı iddia qaldırmaq hüququ olmur”.

Bəs, belə evliliklərdən dünyaya gələn uşaqların hüquqları necə qorunur?

“Qanunvericiliyə əsasən, nikahda olmayan şəxslərin övladları olduqda, həmin şəxslər müraciət edir və uşağın valideynləri kimi qeyd edilirlər. Ayrılma zamanı isə ata uşağın atası olmaq üçün müraciət etmirsə, bu zaman uşağın soyad almaq məsələsi ciddi bir problemə çevrilir. Aliment məsələsində isə gərək xanım əvvəlcə atalığı müəyyən etdirə, daha sonra aliment ala”, — deyə hüquqşünaslar bildirib.

Daha ətraflı İTV-nin süjetində:







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO