sonnoqte.az
Xəbər başlıqları
  • 08:42 – Prezident Vensə bu fotoları göstərdi - VİDEO 
  • 22:10 – Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN 
  • 17:22 – Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - VİDEO 
  • 08:18 – Prezident: Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir 

Paşinyandan mühüm açıqlama: Sərhəd keçidləri Azərbaycanın...

Bu gün, 09:00 1 dəfə baxılıb



Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti Cey Di Venslə keçirdiyi görüşdən sonra Azərbaycanla bağlı mühüm açıqlamalar verib.

 Paşinyan Ermənistan və Azərbaycan arasında sərhəd keçidlərinin yalnız suverenlik, ərazi bütövlüyü və müvafiq dövlətlərin yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcəyini bildirib.

Onun sözlərinə görə, bu məsələ danışıqların əsas mövzularından biri olub və Ermənistan tərəfi sərhədlərlə bağlı istənilən mexanizmin yalnız beynəlxalq hüquq normalarına uyğun şəkildə işləməli olduğunu qəbul edir. Paşinyan vurğulayıb ki, sərhəd-keçid məsələləri heç bir halda üçüncü tərəflərin nəzarəti altına verilə bilməz.

Baş nazir eyni zamanda ABŞ ilə aparılan müzakirələr zamanı Azərbaycanla sülh gündəliyinin də xüsusi yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, regional sabitlik və təhlükəsizlik yalnız dövlətlərin qarşılıqlı suverenliyinə hörmət əsasında mümkündür.

Paşinyan Azərbaycan həbsxanalarında saxlanılan erməni əsilli şəxslərin (cinayətkarların) məsələsinə də toxunaraq bildirib ki, bu mövzu ABŞ rəsmiləri ilə danışıqlar zamanı gündəlikdən çıxarılmır. O qeyd edib ki, sülh mühiti formalaşmadan bu kimi humanitar problemlərin tam həlli mümkün deyil.

“Əgər sülh istiqamətində real irəliləyiş olmasaydı, Vaqif Xaçatryanın geri qayıtması mümkün olmazdı”, – deyə Paşinyan əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO