sonnoqte.az
Xəbər başlıqları
  • 11:17 – Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh? 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 11:50 – Prezident açılışda - Fotolar 

Brüssel: Ankara Cənubi Qafqazda əsas geosiyasi oyunçudur

7-02-2026, 09:03 22 dəfə baxılıb

Brüssel: Ankara Cənubi Qafqazda əsas geosiyasi oyunçudur


Avropa İttifaqı Türkiyənin sürətlə dəyişən geosiyasi mənzərədə regional sabitliyin və iqtisadi dayanıqlığın  təşviqindəki strateji dəyərini qəbul edir.

Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Ankarada görüşü zamanı deyib.
Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər təhlükəsizlik və nəqliyyat əlçatanlığı da daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin mövcud regional və qlobal inkişaflar fonunda strateji əhəmiyyət kəsb etdiyini qəbul ediblər.

Onlar Qara dəniz regionunda, Cənubi Qafqazda və Mərkəzi Asiyada sabitliyi, dayanıqlığı və davamlı artımı təşviq etmək məqsədilə enerji, nəqliyyat, rəqəmsallaşdırma və ticarəti əhatə edən nəqliyyat əlçatanlığı üzrə regional gündəliyin formalaşdırılması üçün daha sıx əlaqələndirmənin vacibliyini vurğuladılar.

Bu kontekstdə hər iki tərəf Türkiyənin regionda mərkəzi geosiyasi oyunçu kimi rolunun vacibliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO