sonnoqte.az
Xəbər başlıqları
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 

Meyit torbaları bitdi, yük maşınları işə salındı – İrandan ŞOK məlumat

26-01-2026, 09:26 8 dəfə baxılıb



İranla bağlı yayılan məlumatlar beynəlxalq ictimaiyyətdə ciddi sarsıntı yaradıb.

ABŞ-nin "Time" jurnalının yazdığına görə, İran Səhiyyə Nazirliyində çalışan iki yüksək vəzifəli məmurun açıqlamalarına əsasən, yalnız 8 və 9 yanvar tarixlərində ölkə küçələrində 30 minə yaxın insan öldürülmüş ola bilər.

Məqalədə bildirilir ki, həmin günlərdə İranın təhlükəsizlik strukturları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində ölənlərin sayı o qədər çox olub ki, dövlətin cəsədlərin daşınması imkanları tam tükənib. Mənbələrin sözlərinə görə, meyit torbaları qısa müddətdə bitib, nəticədə təcili tibbi yardım maşınları funksiyasını yerinə yetirə bilməyib və 18 təkərli yarımqoşqulu yük maşınları cəsədlərin daşınmasına cəlb edilib.

Qeyd olunur ki, hökumət daxilində aparılmış və indiyədək ictimaiyyətə açıqlanmayan bu hesablamalar İranın ali rəhbəri ayətullah Xameneiyə yaxın dairələrin səsləndirdiyi 3117 nəfərlik rəsmi rəqəmdən dəfələrlə çoxdur.

Eyni zamanda bu göstərici müstəqil hüquq müdafiəçilərinin topladığı məlumatları da xeyli üstələyir. ABŞ-də yerləşən HRANA insan haqları agentliyinin son məlumatına görə, indiyədək 5459 ölüm faktı təsdiqlənib, daha 17 031 hadisə isə araşdırma mərhələsindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO