sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

Rubio Kremli ələ saldı: başları qarışıqdır, riskə girməyəcəklər

5-01-2026, 08:20 9 dəfə baxılıb



ABŞ dövlət katibi Marko Rubio Rusiyanın Venesuela böhranında real dəstək göstərmədiyini açıq şəkildə bəyan edib.

Rubio Moskvanın Karakasa münasibətinin əvvəlcədən gözlənildiyi kimi yalnız ritorik səviyyədə qaldığını bildirib.

Onun sözlərinə görə, Rusiya Venesuelaya görə ciddi addımlar atmaq niyyətində olmayıb və bu mövqeyini dəyişməsi də gözlənilmir. Rubio vurğulayıb ki, Kreml hazırda Ukrayna müharibəsi ilə məşğuldur və əlavə geosiyasi risklərə girmək imkanında deyil.

“Biz əvvəldən yalnız ritorik dəstək gözləyirdik, məhz elə də oldu. Ukrayna səbəbilə Rusiyanın öz başı kifayət qədər qarışıqdır. Ona görə Venesuela məsələsinə görə hansısa ciddi problem yaşanacağını düşünmürük”, – deyə Rubio qeyd edib.

ABŞ rəsmisi çıxışının sonunda ironik bir mesaj da verərək əlavə edib: “Bu arada, Sergey, Milad bayramınız mübarək. Yanvarın 7-si pravoslavların Milad bayramıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO