sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

İranda 2025-ci ildə edamların sayı açıqlanıb

27-12-2025, 08:50 15 dəfə baxılıb

İranda 2025-ci ildə edamların sayı açıqlanıb


2025-ci ildə İran həbsxanalarında ən azı 1922 nəfər edam edilib.

Bu statistika edamların 2024-cü illə müqayisədə 106 faiz artdığını göstərir.

Məlumata görə, 10 nəfər ictimaiyyətin gözü qarşısında edam edilib.

Bu statistika 2025-ci il 1 yanvar - 2025-ci il 20 dekabr (29 azar 1404) dövrünü əhatə edir. İllik hesabat İranda insan hüquqları vəziyyəti ilə bağlı 10,826 məlumatın toplanması, təhlili və sənədləşdirilməsi əsasında hazırlanıb.

Bu müddət ərzində edam edilənlərdən əlavə, ölkənin məhkəmə sistemi tərəfindən 168 nəfər ölüm cəzasına məhkum edilib.

Edam olunanların 1681 nəfəri və ya 87 faiz kişi, ən azı 59 nəfər, yəni üç faizi qadındır. Edam edilənlərin 10 faizinin cinsiyyəti barədə məlumat yoxdur. Bundan əlavə, yetkinlik yaşına çatmayan iki nəfər cinayətkar edam edilib.

2025-ci ildə İranda edam edilənlərin 47,55%-i "qətl", 46,10%-i isə "narkotik" ittihamı ilə edam olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO