sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Lavrovun uzunmüddətli yoxluğu xəstəliklə bağlıdır — Kreml gizlədir

4-12-2025, 16:00 23 dəfə baxılıb



Rusiya xarici işlər naziri Sergey Lavrov artıq bir aya yaxındır ki, əsas beynəlxalq danışıqlarda görünmür və bu, nə Putinin qəzəbinin, nə də mümkün istefanın nəticəsidir.

Bu barədə Jurnalist Aleksey Venediktov məlumat yayəb.

Onun  məlumatına görə, onun uzunmüddətli yoxluğunun səbəbi sağlıq problemləridir.

Son bir ayda Lavrov:

ABŞ nümayəndələri ilə Moskva görüşündə iştirak etməyib;
noyabrın 5-də keçirilən rezonanslı Təhlükəsizlik Şurası iclasını buraxıb;
ASEAN, APEC və G20 sammitlərinə qatılmayıb;
Putinlə Tokaevin görüşündə də görünməyib.
Kreml onun yoxluğunu müxtəlif bəhanələrlə izah edir: guya “Çin XİN rəhbəri ilə danışıqlar aparırdı” və ya “iş qrafiki belə tələb edir”. Lakin yüksək mənbələrdən Venediktova verilən cavab daha açıq olub:
“Tibbi sirr anlayışını bilirsən? O halda sus.”

75 yaşlı Lavrovun səhhətində problemlərin olması barədə şayiələr yeni deyil. 2022-ci ildə Bali sammiti zamanı onun ürəklə bağlı xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılmışdı — MİD bunu təkzib etsə də, suallar açıq qalmışdı.

Lavrov “opala düşməsi” barədə iddiaları da, səhhət problemlərini də inkar edir, lakin noyabrdan bəri jurnalistlərin suallarına bir dəfə də çıxmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO