sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Çin-Rusiya ticarəti çökür

8-09-2025, 09:20 54 dəfə baxılıb

Çin-Rusiya ticarəti çökür


Bu ilin yanvar-avqust aylarında Çinlə Rusiya arasında qarşılıqlıq ticarət dövriyyəsi illik müqayisədə 9,4 faiz azalıb.

 Çinin Baş Gömrük İdarəsinin (GAC) məlumatına istinadən xəbər verir ki, göstərici 143,76 milyard dollar təşkil edib.

Açıqlanan məlumatlara əsasən, səkkiz ayda Çin mallarının Rusiyaya ixracı 9,7 faiz azalaraq 64,77 milyard dollar olub. Rusiyadan Çinə məhsul ixracı isə 9,1 faiz azalaraq 78,99 milyard dollar təşkil edib.

Nəticədə yanvar-avqust aylarında Rusiyanın Çinlə ticarətində müsbət saldosu 14,22 milyard dollar olub ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 2,8 faiz azdır.

Avqustda Çin və Rusiya arasında ticarət göstəricisi iyul ayı ilə müqayisədə 6,4 faiz azalaraq 17,9 milyard dollar təşkil edib. O cümlədən Çindən ixrac 8,55 milyard dollar (azalma 5,8 faiz), Rusiyadan idxal 9,35 milyard dollar (azalma 6,9 faiz) olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO