sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Ruslar Ukraynada həbsxananı vurdu - 16 ölü, 35 yaralı

29-07-2025, 11:46 46 dəfə baxılıb

Ruslar Ukraynada həbsxananı vurdu - 16 ölü, 35 yaralı


Rus ordusu Ukraynada cəzaçəkmə müəssisələrindən birinə raket zərbələri endirib, nəticədə xeyli sayda ölən və yaralanan var.

Bu barədə Ukrayna Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov  məlumat verib.

"Düşmən gecə saatlarında Zaporojye vilayətini ilkin olaraq FAB-lardan (yüksək partlayıcı qabliyyətinə malik aviasiya bombası) 8 dəfə atəşə tutub. Onlar cəzaçəkmə müəssisəsini də vurublar. 16 nəfər həlak olub, 35 nəfər yaralanıb", - Fedorov bildirib.

O əlavə edib ki, zərərçəkənlərə bütün lazımi tibbi yardımlar göstərilir.

"Müəssisənin binaları dağıdılıb. Yaxınlıqdakı fərdi evlərə ziyan dəyib", - o qeyd edib.

Prezident Aparatının rəhbəri Andrey Yermak isə bu hərəkəti rusların növbəti hərbi cinayəti adlandırıb. “Onlar dayandırılmadıqca dayanmayacaqlar", - Yermak vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO