sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Tramp yenidən İranı hədələdi: Lazım gələrsə yenə vuracağıq

23-07-2025, 09:42 51 dəfə baxılıb

Tramp yenidən İranı hədələdi: Lazım gələrsə yenə vuracağıq


ABŞ lazım gələrsə, İranın nüvə proqramı obyektlərini yenidən məhv etməyə hazırdır.

Bunu ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Ağ Ev rəhbəri İranın xarici işlər naziri Abbas Əraqçinin “Fox News” telekanalına müsahibəsində ölkənin nüvə obyektlərinin çox ciddi zədələnməsi və dağıdılması ilə bağlı sözlərini xatırladıb.
Tramp qeyd edib: "Əlbəttə, dediyim kimi (obyektlər dağıdılıb) və lazım gələrsə, yenidən edəcəyik!" 

İranın xarici işlər naziri Abbas Araqçi Amerikanın “Fox News” telekanalına müsahibəsində deyib ki, Tehran gələcəkdə Vaşinqtonla birbaşa danışıqlar perspektivini nəzərdən keçirə bilər. “Hər şey Vaşinqtonun qarşılıqlı hörmət və qarşılıqlı maraqlara əsaslanaraq Tehranla bərabər şəraitdə olmağa hazır olub-olmamasından asılı olacaq”, -Araqçı vurğulayıb.

Əraqçi bildirib ki, ABŞ onun nüvə infrastrukturuna zərbə endirdikdən sonra ölkədə uranın zənginləşdirilməsi dayandırılıb, lakin İran hakimiyyəti bu fəaliyyətdən əl çəkmək niyyətində deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO