sonnoqte.az
Xəbər başlıqları
  • 10:29 – Prezident bu şəxsləri təltif etdi - SİYAHI 
  • 09:54 – “Bu, çox gözəl hadisədir” - İlham Əliyev 
  • 09:50 – “Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliklərini təmin edirlər” 
  • 09:37 – Prezident “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edir 

ABŞ İranı vurmağa hazırdır: Hücum planı Trampın masasında

11-06-2025, 11:27 17 dəfə baxılıb

ABŞ İranı vurmağa hazırdır: Hücum planı Trampın masasında


Nüvə danışıqlarının nəticə vermədiyi təqdirdə ABŞ ordusu İrana zərbə endirməyə hazırdır və bununla bağlı hərbi plan  prezident Trampa təqdim edilib.

Bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Kurilla deyib.

O, İranla bağlı belə bir açıqlamanı Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində verib. 

Trampın dolayı nüvə danışıqları nəticəsiz qalacağı təqdirdə İrana zərbə endirmək vədini yerinə yetirəcəyi təqdirdə CENTCOM-un İranı vurmağa hazır olub-olmaması sualına cavab verən Kurilla, İrana zərbə endirmək üçün hərbi planları ABŞ prezidenti Donald Trampa təqdim etdiyini açıqlayıb.

Kurilla onu da bildirib ki, əmr verildiyi təqdirdə bunu etməyə hazırdır: "Mən müdafiə nazirinə və prezidentə geniş seçimlər təqdim etmişəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO