sonnoqte.az
Xəbər başlıqları
  • 21:03 – ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər 
  • 15:09 – İlham Əliyev Xankəndidə açılışlar etdi 
  • 13:15 – İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub 
  • 12:43 – Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub - FOTO 

Dərhal həbs olunacaqlar – Tramp xəbərdarlıq etdi

11-06-2025, 09:01 9 dəfə baxılıb



ABŞ hakimiyyəti iyunun 14-də ABŞ Ordusunun yaradılmasının 250-ci ildönümü münasibətilə Vaşinqtonda keçiriləcək hərbi parada mane olmaq üçün təşkil oluna biləcək iğtişaşları qətiyyətlə yatıracaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, hər hansı aksiyaya cəhd edənlər dərhal həbs olunacaqlar.

Amerika lideri parada müdaxilə etməyə cəhd edə biləcək şəxslərdən danışarkən, "onlardan bəziləri uzun müddət həbsdə qalacaq" deyib. O, əmin edib ki, hakimiyyət parad zamanı iğtişaşların qarşısını almaq üçün güc tətbiq etməyə hazır olacaq.

Tramp həmçinin etiraf edib ki, ABŞ rəsmilərinin paradı pozmağa yönəlmiş hər hansı planlaşdırılmış hərəkətlər barədə məlumatı yoxdur. ABŞ Məxfi Xidmətinin Vaşinqton ofisinin rəhbəri Mett McCool iyunun 9-da bildirib ki, Amerika səlahiyyətli orqanları qarşıdan gələn tədbir zamanı böyük iğtişaşlar gözləmir.

Son günlər Los-Ancelesdə (Kaliforniya) və Amerikanın bir sıra digər şəhərlərində qeyri-qanuni mühacirlərin saxlanmasına qarşı etiraz aksiyaları keçirilib. Los-Ancelesdə etirazlar kütləvi iğtişaşlarla müşayiət olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO