sonnoqte.az
Xəbər başlıqları
  • 13:25 – Azərbaycandan İsrail rəhbərliyinə MESAJ 
  • 07:02 – İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib 
  • 06:54 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 13:21 – Prezident İlham Əliyev Bakıda zavod açılışında iştirak edib - FOTO 

Türkiyədə güclü zəlzələ olub

14-05-2025, 08:37 9 dəfə baxılıb

Türkiyədə güclü zəlzələ olub


Mayın 13-dən 14-nə keçən gecə Türkiyədə güclü zəlzələ baş verib.

Bu barədə Türkiyədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

6 bal gücündə zəlzələ yerli vaxtla saat 01:51-də qeydə alınıb, episentri Aralıq dənizindədir.

Muğlanın Datça rayonundan 155,06 km uzaqlıqda olan zəlzələnin yerin 20,41 km dərinliyində meydana gəldiyi müəyyən edilib.

Yeraltı təkanların Dənizli, Antalya, Aydın, Isparta, Burdur, Manisa və İzmir kimi ətraf şəhər və rayonlarda da hiss olunub.

Zəlzələnin ardından Muğla valisi Dr. İdris Akbıyık baş verən hadisə nəticəsində hər hansı bir neqativ hal yaşanmadığını açıqlayıb.

Yeraltı təkanların heç bir dağıntıya səbəb olmadığı vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO