sonnoqte.az
Xəbər başlıqları
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 
  • 19:40 – Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında görülən işlərlə tanış oldu - Video-Fotolar 
  • 19:36 – Prezident və xanımı Naxçıvandadır - Foto 
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 

Hakan Fidan: Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil

16-12-2024, 08:24 51 dəfə baxılıb

Hakan Fidan: Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil


“Türkiyə Suriyada demokratik sivil hökumətin qurulmasını istəyir”.

 “Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Suriyadakı yeni hakimiyyətə kömək edəcək:

“Biz Suriyada demokratik mülki hökumət qurmağa çalışırıq. Suriyada yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”.

Nazir əlavə edib ki, Türkiyə ABŞ və Suriyanın yeni hakimiyyət orqanları arasında vasitəçi rolunu oynamağa hazırdır. Bundan əlavə, Fidan vurğulayıb ki, Ankara Suriyadakı vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə hərəkətləri koordinasiya edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO