sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Qərb Gürcüstandan müharibə istəyibmiş - Sensasiyalı qurbanlar təklifi

23-10-2024, 09:49 57 dəfə baxılıb

Qərb Gürcüstandan müharibə istəyibmiş - Sensasiyalı qurbanlar təklifi


Qərb ölkələrindən birini təmsil edən yüksək rütbəli məmur Gürcüstanı Rusiyaya qarşı müharibəyə başlamağı təklif edib.

Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvili "İmedi" telekanalına müsahibəsində  deyib.

“Mən keçmiş baş nazir İrakli Qaribaşvilinin mənə dediklərini xatırlayıram. Onunla Qərb ölkələrindən birinin yüksək rütbəli məmuru söhbət edib. O, İraklidən soruşub ki, Gürcüstan Rusiya ilə müharibə edərsə, nə qədər Rusiyanın qarşısında tab gətirə bilər. Ona cavab verilib ki, belə bir müharibə baş verərsə, Gürcüstan üç-dörd gün Rusiyanın qarşısında tab gətirə bilər", - İvanişvili bildirib. 

Qaribaşvili həmin şəxsə onu da bildirib ki, həmin üç-dörd günlük müharibədə gürcülər tamamilə məhv ola bilər: "Həmin məmur cavabında deyib ki, 3-4 milyon gürcü var, üç-dörd günə hamısını öldürməzlər. 3-4 gündən sonra  Qərb Gürcüstana Rusiyaya qarşı partizan müharibəsində kömək edəcəyinə söz verərək, meşələrdə və dağlarda müharibəyə başlamağı təklif edib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO