sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Baydendən Tehrana mesaj: Biz bunu müharibə aktı hesab edəcəyik

12-10-2024, 11:10 49 dəfə baxılıb

Baydendən Tehrana mesaj: Biz bunu müharibə aktı hesab edəcəyik


ABŞ prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasına İran hakimiyyətini keçmiş prezident Donald Trampa və keçmiş Amerika rəsmilərinə qarşı sui-qəsdləri ilə bağlı xəbərdar etməyi tapşırıb . 

Bu barədə "Politico" yazır. 

"Vaşinqton istənilən sui-qəsdi müharibə aktı hesab edəcək", - Bayden bəyan edib.
Politico yazır ki,  Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savettin bununla bağlı açıqlamasında  da bu məsələyə toxunaraq deyib: “Əgər İran vətəndaşlarımızdan hər hansı birinə, o cümlədən ABŞ-a xidmət etməyə davam edən və ya əvvəllər xidmət etmiş şəxslərə hücum edərsə, İran ciddi nəticələrlə üzləşəcək”.

"Politico"nun yazdığına görə, təhdidlər ABŞ-ın 2020-ci ilin əvvəlində iranlı general Qasım Süleymaninin  öldürülməsi ilə bağlıdır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO