sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

“Paşinyan İttifaq dövlətinə qoşulacaq...” -Karapetyantsdan gözlənilməz ehtimal...

1-12-2023, 14:22 95 dəfə baxılıb



“Ermənistan yavaş-yavaş, lakin inamla diktaturaya doğru dığırlanır.”

Moderator.az xəbər verir ki, bunu “Kavkazskiy uzel” nəşrinə açıqlamasında Ermənistanın Helsinki Assosiasiyasının rəhbəri, hüquq müdafiəçisi Nina Karapetyants söyləyib.

"Konstitusiya artıq Ermənistanın baş nazirinə fövqəlsəlahiyyətlər verir. Baş Nazir isə Konstitusiyanı dəyişdirmək, nəzarət və tarazlıq sistemi yaratmaq əvəzinə, ədliyyə sistemindən tutmuş prokurorluqdan, istintaq orqanlarından, təhlükəsizlik blokuna qədər tamamilə hər şeyi özünə tabe edir: polis, ordu, indi də MTN. Ermənistan demokratiya qalasından diktatura qalasına çevrilir”, - deyə Karapetyants bildirib.

Hüquq müdafiəçisi əlavə edib ki, Paşinyan iğtişaşları, etirazları və fərqli fikirləri istisna etmək üçün öz mövqeyini gücləndirir.

"Paşinyan siyasət vektorunu dəyişmək niyyətindədir, lakin Qərbə yox, Rusiyaya doğru. Çox güman ki, o, İttifaq dövlətinə qoşulacaq və bunun üçün mütləq hakimiyyət lazımdır", - deyə Karapetyans ehtimal edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO