sonnoqte.az
Xəbər başlıqları
  • 09:08 – İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb 
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 

“Bu yenidən Qarabağda təcavüzkar separatçılığı alovlandıra bilər...” - GƏLİŞMƏ

27-11-2023, 15:30 133 dəfə baxılıb



“Azərbaycanla Ermənistan arasında ehtimal olunan sülh müqaviləsi münaqişənin siyasi həllini müəyyən edəcək. Hesab edirəm ki, Azərbaycan sazişin rəsmi Bakının il yarım əvvəl təklif etdiyi beş prinsipə əsaslanmasından çıxış edəcək. Onlar münaqişənin siyasi həlli üçün əsasdır. Bu təşəbbüsün ideyası münaqişəni, düşmənçiliyi dayandırmaq, münasibətləri normallaşdırmaq və digər bütün məsələlərin tədricən xoşməramlılıq əsasında həll edilməli olmasından ibarətdir.”

Moderator.az xəbər verir ki, bu fikirləri “Turan” agentliyinin siyasi şərhçisi Tofiq Türkel “Kavkazskiy uzel” nəşrinə açıqlamasında ifadə edib.

Siyasi şərhçi erməni əhalisinin Qarabağa qayıtması ilə bağlı isə qeyd edib ki, Azərbaycan onların getməsində israrlı olmayıb.

“Azərbaycan bu insanları qovmayıb, əksinə, əvvəldən onlar Qarabağda qalmaq, icmalarının idarə olunmasında iştirak etməyə dəvət olunub, onlara iqtisadi yardım təklif edilib. İndi də Azərbaycan onların geri qayıtmasına etiraz etmir, əmlaklarını qoruyub saxlamaq üçün tədbirlər görür. Amma bu proses qanunlar çərçivəsində, fərdi müraciətlər əsasında baş verməlidir. Və təhlükəsizliyi də Azərbaycan dövləti təmin edəcək. Lakin Azərbaycan Qarabağa dönəcək ermənilər üçün onun suverenliyini məhdudlaşdıran hər hansı xüsusi şəraitin yaradılması ilə razılaşa bilməz, çünki bu, yenidən Qarabağda, regionda təcavüzkar separatçılığın alovlanmasına gətirib çıxara bilər”- deyə siyasi şərhçi vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO