sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

""Sülhməramlı”lar yığılmış silahları Azərbaycana verməlidirsə, niyə onları mühafizə edir?.." - HƏQİQƏTƏN DƏ...

13-10-2023, 15:30 100 dəfə baxılıb



“Rusiya Müdafiə Nazirliyinin gündəlik bülletenlərində Azərbaycanın Qarabağ ərazisindəki “sülhməramlı”ların fəaliyyəti haqqında natamam məlumat verilir, ona görə də Rusiya “sülhməramlı”larının sayı və xidmət yerləri barədə dəqiq söz söyləmək çətindir”.

Moderator.az xəbər verir ki, bu fikri “Kavkazskiy uzel” nəşrinə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov ifadə edib.

“Rusiya Müdafiə Nazirliyindən Azərbaycan ərazisində yerləşən “sülhməramlı”lara məxsus texnikanın və hərbi heyətin sayında dəyişiklik və ya azalma ilə bağlı məlumat yoxdur və ona görə də belə nəticəyə gəlmək olar ki, çox güman, yeni yaradılan postlarda da həmin tərkibdə və eyni sayda əsgər və zabitlər xidmət edir”, - deyə polkovnik qeyd edib.

“Mövcud vəziyyətdə Qarabağın dağlıq hissəsində “sülhməramlı"ların olmasının zəruriliyi də suallar doğurur. “Sülhməramlı” kontingent separatçılardan təhvil alınmış silah-sursat və texnikanı Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməlidirsə, nə üçün onların yığıldığı anbarları mühafizə edir? Öz missiyasının davam etdirilməsinin “vacibliyi”ni əsaslandırmaq üçünmü?”,- deyə ekspert sual edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO