sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 13:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 12:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Ermənistanda dövlət dili türk dili olacaq – Tarasov

3-05-2023, 09:16 127 dəfə baxılıb

Ermənistanda dövlət dili türk dili olacaq – Tarasov


Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə bağlı sənəd tezliklə imzalana bilər. 

Bunu “News.am”a müsahibəsində rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib.

O hesab edir ki, Ermənistan Qərblə paralel olaraq, Türkiyə ilə də oynayır. Qeyd edib ki,  Ermənistan xarici işlər nazirinin Ankaraya səfərini və Türkiyədə baş verən zəlzələdən sonra Çavuşoğlu ilə görüşü bunun göstəricisidir.

“Mənə elə gəlir ki, bunda Qərb diasporunun ciddi rolu var və türklər də bu kartla oynayırlar. Gələcəkdə türk dili Ermənistanda ikinci dövlət dili ola bilər”, - deyə ekspert əlavə edib.

Laçın sərhədində yaradılan nəzarət-buraxılış məntəqəsinə gəldikdə isə Tarasov əmin edib ki, hazırda Laçın dəhlizində gedən proseslər Rusiyanın oyunu deyil.

“Rusiya əlindən gələn hər şeyi etdi, lakin İrəvan özü Qərbin tövsiyələri ilə müstəqil prosesə getdi. Bundan sonra Ermənistan sülh müqaviləsinin şərtlərini müzakirə etmək üçün Moskvada keçiriləcək üçtərəfli görüşə getmədi. Daha sonra İrəvan Münhen konfransında Blinkenin iştirakı ilə müzakirə olunan sülh müqaviləsi layihəsini Bakıya göndərdi. Azərbaycan isə sazişdə "Qarabağ" terminindən istifadə etmək istəmir. Qeyd edək ki, Ermənistan da Qarabağı Azərbaycanın daxili problemi kimi tanıyır. Sadəcə olaraq, İrəvan Qarabağı müəyyən şərtlərlə təslim edir”, - politoloq vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO