sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 17:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 13:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 12:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Si Szinpin yenidən Çinin prezidenti seçilib

10-03-2023, 11:40 171 dəfə baxılıb

Si Szinpin yenidən Çinin prezidenti seçilib


ÇXR tarixində üçüncü dəfə Prezident seçilən ilk şəxs Çin lideri Si Szinpin Ümumçin Xalq Nümayəndələri Konqresində yenidən Prezident seçilib.  

Paytaxt Pekində keçirilən Çin Ümumçin Xalq Nümayəndələri Konqresinin 14-cü dövrünün 1-ci Baş Assambleyasında yeganə namizəd olduğu səsvermədə Si Szinpin  nümayəndələrin yekdil səsi ilə üçüncü dəfə prezident seçilib.

Qurultayda Han Cinq vitse-prezident, Cao Lici isə parlamentin sədri seçilib.

Si, Cao və Han and içərək vəzifələrinə başlayıblar.

2013 və 2018-ci illərdə iki dəfə prezident seçilən  Si Szinpin yenidən prezident  seçilməklə Çin Xalq Respublikasının tarixində üçüncü dəfə prezident postunu tutan ilk şəxs olub.

Szinpin həmçinin ordunun başında baş komandan vəzifəsini qoruyaraq yenidən Mərkəzi Hərbi Komissiyanın sədri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO