sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Nusret Gökçəni yamsılayan satıcı həbs edildi - VİDEO

12-09-2022, 09:50 172 dəfə baxılıb

Nusret Gökçəni yamsılayan satıcı həbs edildi - VİDEO


Vyetnamda məşhur nudl satıcısı türk aşpaz Nusret Gökçəni təqlid etdiyinə görə həbs edilib.
 “Posta” qəzetinə xəbər verir ki, hadisə Vyetnamın Dananq şəhərində baş verib.

Belə ki, restoran şefi 38 yaşlı Bui Tuan Lam sosial şəbəkədə paylaşdığı videoya görə dövlət əleyhinə təbliğat aparmaqda günahlandırılıb. Polisin verdiyi açıqlamada videonun hakim partiyanın prinsip və siyasətinə zidd olduğu bildirilsə də, Lamın məhz hansı hadisəyə görə həbs edildiyi bəlli deyil.

Məlumata görə, 2021-ci ildə Vyetnamın İctimai Təhlükəsizlik Nazirinin türk aşpazı Nusret Gökçənin restoranında qızılla örtülmüş bifşteks yeyərkən kameralara tuş gəlib.Aşpazın da məhz bu səbəbədən həbs edildiyi ehtimal olunur.

Polisdən verilən açıqlamada Lamın dövlət əleyhinə qruplara və qeyri-hökumət təşkilatlarına üzvü olduğu və daha əvvəl də dövlət liderlərini təhqir etdiyinə görə ona xəbərdarlıq edildiyi bildirilib.

<embed width="640" height="360" src="https://player.olke.az?v=10005&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO