sonnoqte.az
Xəbər başlıqları
  • 11:59 – DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar 
  • 20:18 – Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi 
  • 10:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 13:52 – Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi 

Ukrayna 4 ölkə arasında "bölüşdürüldü": Medvedevdən şok xəritə - FOTO

28-07-2022, 12:09 212 dəfə baxılıb

Ukrayna 4 ölkə arasında "bölüşdürüldü": Medvedevdən şok xəritə - FOTO


Rusiya Təhlükəsizlik Şurasının (SB) vitse-prezidenti Dmitri Medvedevin sosial mediada paylaşdığı xəritələr gündəm yaradıb.

D.Medvedevin teleqram kanalı xəbər verir ki, Ukraynanın Rusiya, Polşa, Rumıniya və Macarıstan olmaqla 4 ölkəyə bölündüyünü iddia edən Medvedev paylaşdığı Avropa xəritəsinə "Qərb analitiklərinin gözlədiyi gələcək" qeydini yazıb.

 Bu paylaşımın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silahlar göndərməsi ilə Rusiyanın coğrafi hədəflərinin genişlənəcəyini açıqlamasından bir neçə gün sonraya təsadüf etməsi diqqət çəkib. O, Qərb analitiklərinin belə bir gələcək gözlədiyini vurğulayıb.
“Psixotrop maddələrin təsirinə məruz qalmış Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı mənzərəsi canlandı  (birinci foto)” - Medvedev yazıb.



Medvedevin “Qərb ekspertləri əslində belə olacağını düşünürlər” şərhi ilə paylaşdığı ikinci xəritədə Ukraynanın yalnız Kiyev bölgəsindən ibarət olduğu, digər bölgələrin isə Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölündüyü görünür. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO