11:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar
14:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident
14:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
Vətən Müharibəsi belə başladı - Video
27-09-2021, 09:19
211 dəfə baxılıb
Bu gün Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsinin başlamasının 1 ili tamam olur.
"Qafqazinfo"nun məlumatına görə, ötən ilin bugünkü tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib. Düşmənin yaşayış məntəqələrimizi də atəşə tutması nəticəsində mülki vətəndaşlarımız arasında ölən və yaralanan olub.
Bundan sonra Ali Baş Komandanın göstərişi ilə cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb. Tezliklə bir sıra ərazilərimiz işğaldan azad olunub.
44 günlük Vətən Müharibəsi sonda Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli bəyanat imzalanıb. Bununla da neçə-neçə igidimizin qanı hesabına 30 ilə yaxın müddətdə işğal altında qalan Qarabağ torpaqları azad olunub.
Bununla bağlı hazırladığımız videonu təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: