sonnoqte.az
Xəbər başlıqları
  • 12:41 – Prezident fərman imzaladı 
  • 11:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Ülvi Mehdiyev: COVID pasportu xüsusi mobil tətbiqlə yoxlanılacaq

20-08-2021, 13:03 290 dəfə baxılıb

Ülvi Mehdiyev: COVID pasportu xüsusi mobil tətbiqlə yoxlanılacaq


“Sentyabrın 1-dən ictimai iaşə müəssisələri-kafe, restoran şadlıq evləri və otellərdə vətəndaşların COVID pasportu yoxlanılacaq. Bu prosesin operativ həyata keçirilməsini təmin etmək üçün ASAN xidmət tərəfindən xüsusi mobil tətbiq hazırlanıb”.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədr müavini Ülvi Mehdiyev deyib.

“Bu sistemdən istifadə edənlər həmin obyektlərin əməkdaşları olacaq.  Onlar bu sistemdən necə istifadə etməklə bağlı video ilə təlimatlandırılacaqlar.  Çalışmışıq ki, maksimum asan bir sistem olsun. Yəni xüsusi mobil tətbiqlə vətəndaşların COVID pasportu yoxlanılacaq. 

Əgər vətəndaş COVID pasportuu kağız formasında gəzdirirsə, onun üzərindəki QR kod vasitəsilə və ya mobil telefonundakı  şəkli vasitəsilə, həm də  şəxsiyyət vəsiqəsi məlumatları vasitəsilə yoxlanılacaq” ,-deyə o bildirib.

Vətəndaşlardan bununla bağlı xüsusi tələb yoxdur. Yaınız hər hansı ictimai iaşə müəssisəsinə getdikdə COVID pasportları (və ya foto formasında) üzərində olsun.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO