sonnoqte.az
Xəbər başlıqları
  • 10:04 – Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət 
  • 14:33 – Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 
  • 12:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 11:40 – Daşaltı kəndinin fonunda - Fotolar 

Toy keçirmək istəyənlər üçün portal iyunun 26-dan aktiv ediləcək

22-06-2021, 10:46 312 dəfə baxılıb

Toy keçirmək istəyənlər üçün portal iyunun 26-dan aktiv ediləcək


İyulun 1-dən Azərbaycanda şənlik mərasimi (toy, nişan, ad günləri və s.) keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az ) daxil edilməldir.

"Nazirlər Kabinetinin qəbul etdiyi qərarla portal iyunun 26-dan etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcək.

Məlumata görə, keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir.

Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO