sonnoqte.az
Xəbər başlıqları
  • 12:41 – Prezident fərman imzaladı 
  • 11:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfəri başlayıb - FOTO

13-04-2021, 09:17 394 dəfə baxılıb

Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfəri başlayıb - FOTO


Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup media nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına növbəti səfəri başlayıb.
“Report” xəbərinə görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, tədbir iştiralkçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər.

O qeyd edib ki, daha sonra erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutacaq:

"Səfərin məqsədi işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafızə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxışdır".

İ.İbrahimova deyib ki, səfər zamanı
Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə farel balıqlarının çaya buraxılması da baş tutacaq:

"Bununla biz ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarını tədricən aradan qaldırılmasına nail olmaqdır".









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO