10:44 – Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
10:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI
12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR
Azərbaycanda iş vaxtı dəyişdirilə bilər - Saat 10:00-dan etibarən... / VİDEO
7-04-2021, 12:36
301 dəfə baxılıb
"Vaksinasiya başlayar-başlamaz karantin tədbirlərinin yumşaldılması epidemioloji baxımdan doğru deyil. Vaksinasiya aylnız 70-80 faiz əhalini əhatə etdiyi halda effektivdir. Bu gün əhalinin 50 faizi vaksinasiya edilmiş olsa belə vaksin yolxuma sayını azaltmayacaq". Bu sözləri "ARB24"ə Türkiyənin "Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib.
Onun sözlərinə görə, Azərbaycanda koronavirusun yayılmasına ən çox ictimai nəqliyyatın səbəb olmasını nəzərə alsaq əhalinin iş saatlarına müəyyən dəyişiklik edilməsi mümkündür:
"Bununla pik saatlarında yüklənmənin qarşısını almaq olar. Məsələn, 08:00, 09:00 və 10:00 kimi fərqli saatlarda işə başlamaq mümkündür. Distant çalışmaq mümkündürsə, mütləq şəkildə buna keçmək lazımdır.
İşçilərin sayının azaldılması, ictimai nəqliyyatla bağlı dəyişikliklərin edilməsi və bu kimi tədbirləri görməklə tam qapanmanın qarşısını almaq mümkün ola bilər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: