sonnoqte.az
Xəbər başlıqları
  • 12:41 – Prezident fərman imzaladı 
  • 11:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 13:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

ANAMA əməkdaşı: "İskəndər" raketləri Şuşanın iki ərazisində aşkarlanıb

2-04-2021, 10:25 311 dəfə baxılıb

ANAMA əməkdaşı: "İskəndər" raketləri Şuşanın iki ərazisində aşkarlanıb


"Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları Şuşa şəhəri istiqamətində iki ərazidə aşkarlanıb".
 "Report" xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov Bakıda raketlərin qalıqlarının nümayiş etdirilməsi zamanı deyib.

O qeyd edib ki, raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib:

"Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı “9M723” raketi - hansı ki, onun kod adının “İsgəndər” olduğu müəyyən olunub. Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 millimetrdir. Bildiyiniz kimi, bu raketin bir neçə növü var. Raket qalıqlarının üzərində modelini dəqiqləşdirəcək yazıya rast gəlinməyib. Hazırda bu raketin hansı növə aid olduğu istiqamətində dəqiqləşdirmələr aparılır”.

Onun sözlərinə görə, raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA-nın əməkdaşları tərəfindən araşdırmalar aparılır:

"Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Onun tam olaraq qalıqları aşkarlanıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO