sonnoqte.az
Xəbər başlıqları
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 09:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 09:26 – Azərbaycan Prezidenti: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var 
  • 09:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 

Xankəndi Dəmir Yolunun açılış vaxtı açıqlandı

17-04-2026, 14:22 240 dəfə baxılıb



"Növbəti ildə həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır".

Bunu ADY sədrinin müavini Arif Ağayevin Kürdəmir stansiyasına sərnişindaşıma xidmətinin bərpası ilə bağlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan Dəmir Yolları sərnişindaşıma xidmətinin dayanıqlı inkişafı üçün pandemiyadan əvvəl mövcud olmuş marşrut və stansiyaların bərpasını mərhələli şəkildə həyata keçirir.

"Bu istiqamətdə 2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutu Ağstafaya qədər uzadılıb, ilk dəfə olaraq Qəbələyə sürətli qatar reysləri təşkil olunub. 2024-cü ildə yeni qatarlar istismara verilib, Bakı–Ağstafa–Bakı xətti üzrə reyslərin sayı artırılıb, Ləki və Ucar stansiyalarında dayanacaqlar təmin edilib. 2025-ci ildə isə sərnişindaşıma daha da genişləndirilib: ilin əvvəlində Bakı–Balakən–Bakı, iyun ayında Bakı–Qazax–Bakı, avqustda isə Bakı–Ağdam–Bakı marşrutları bərpa olunub. Bununla yanaşı, ilk dəfə Gəncə-Qəbələ-Gəncə xətti istifadəyə verilib. Görülən bu tədbirlərin nəticəsi olaraq, 2025-ci ildə ADY rekord göstəriciyə nail olaraq 10 milyondan çox sərnişin daşıyıb ki, bu da xidmət keyfiyyətinin artırılmasına və müştəri məmnuniyyətinə verdiyimiz önəmi bir daha nümayiş etdirir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO