sonnoqte.az
Xəbər başlıqları
  • 14:34 – Prezident onları "Tərəqqi" medalı ilə təltif edib 
  • 11:27 – Türkiyənin daxili işlər naziri İlham Əliyevin qəbulunda - Fotolar 
  • 08:58 – İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək 
  • 11:30 – İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir

Bu gün, 11:49 2 dəfə baxılıb

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir


Azərbaycanda terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə sanksiyalar müəyyənləşdiriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. 
Qanun layihəsinə əsasən, terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etmə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıdakı abzasda nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad ediləcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO