sonnoqte.az
Xəbər başlıqları
  • 11:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 19:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 19:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Neftin qiyməti ilə bağlı sensasion proqnoz - Martın sonunda nə baş verəcək?

Bu gün, 08:04 1 dəfə baxılıb

Neftin qiyməti ilə bağlı sensasion proqnoz - Martın sonunda nə baş verəcək?


“Mart ayının sonunda neftin qiyməti bir barel üçün 150 dollara çata bilər”.

"Bunu “Kpler” tədqiqat şirkətinin Yaxın Şərq energetikası və OPEK+ üzrə analitik mərkəzinin rəhbəri Amena Bakr CNN-ə verdiyi müsahibəsində bildirib.

Ekspert qeyd edib ki, əgər Hörmüz boğazının mövcud blokadası davam edərsə, neftin qiyməti asanlıqla həmin səviyyəyə qədər yüksələ bilər.

ABŞ Prezidenti Donald Trampın münaqişənin sona çatması ilə bağlı qarışıq bəyanatlarından sonra neftin qiyməti bir barel üçün 100 dollardan aşağı düşsə də, Bakr vaxtından əvvəl nikbinliyə qapılmamaq barədə xəbərdarlıq edib. O vurğulayıb ki, Yaxın Şərqin bir neçə neft hasil edən ölkəsi boğazdakı təhlükəsizlik təhdidləri səbəbindən hasilatı dayandırıb.

Ekspert əlavə edib ki, Trampın boğazdan keçən gəmilərə ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstək verəcəyi ilə bağlı son vədləri bu əsas gəmiçilik marşrutuna inamı bərpa etmək üçün kifayət etməyib:

"Biz gəmilərin bir gecədə birdən-birə cəsarətləndiyini görmürük. Yalnız Trampın münaqişəni demək olar ki, bitirdiyini bəyan etməsi gəmilərin boğazı keçməsinə və bazar etibarının bərpasına səbəb olmayıb".(Publika.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO