sonnoqte.az
Xəbər başlıqları
  • 22:25 – "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident 
  • 17:22 – Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - VİDEO 
  • 08:18 – Prezident: Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir 
  • 17:57 – Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM 

Pensiyalar bu qədər artırılacaq - Rəqəm açıqlandı

9-02-2026, 18:06 7 dəfə baxılıb

Pensiyalar bu qədər artırılacaq - Rəqəm açıqlandı


Prezident İlham Əliyevin yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində növbəti mühüm irəliləyişə imkan yaradır.

 Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2026-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır.

Bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan, elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.

Pensiyalara yanvar ayı üzrə edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni, pensiyaçılar artıq fevral ayının pensiyasını yeni artımla, habelə yanvar ayının pensiyasına edilmiş artım məbləği ilə birgə alacaqlar.

Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb.

Dövlətimizin başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO