sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Naxçıvanın yeni Baş naziri kimdir?

9-02-2026, 11:21 28 dəfə baxılıb

Naxçıvanın yeni Baş naziri kimdir?


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin təqdimatı əsasında Naxçıvan Ali Məclisi Cabbar Musayevin MR-in yeni Baş naziri təyin olunması barədə qərar qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, indiyədək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Cabbar Hafiz oğlu Musayev 1981-ci ildə bu şəhərdə doğulub.

O, Türkiyənin Ankara şəhərində ali təhsil alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə kredit” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib. 2013-2016-cı illərdə “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktor müavini, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Prezidentin 4 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO